Maskın Trampla bağlı “Epşteyn işi” iddiası araşdırılacaq


ABŞ Konqresinin Nümayəndələr Palatasından olan demokratlar Stiven Linç və Robert Qarsiya İlon Maskın ABŞ Prezidenti Donald Trampla bağlı səsləndirdiyi iddiaların araşdırılmasını tələb edirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onların Ədliyyə Departamentinə və Federal Təhqiqatlar Bürosuna (FTB) ünvanladığı məktubu əldə etmiş “Axios” portalı məlumat yayıb.
Bildirilib ki, konqresmenlər dövlət qurumlarını Trampın Epşteyn işində iştirakı ilə bağlı iddiaların doğru olub-olmadığını dərhal müəyyən etməyə çağırıblar.
“Məktub müəllifləri Ədliyyə Departamentindən bu materialların məxfiliyinin açılması və dərc edilməsi üçün vaxt istəyiblər. Bundan əlavə, onlar əvvəllər Konqresə təqdim edilmiş versiyada nə üçün əhəmiyyətli ixtisarların olmasının izahını tələb ediblər”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Mask daha əvvəl “Epsteyn işi” ilə bağlı sənədlərin hələ də ictimaiyyətə açıqlanmamasının səbəbini burada Donald Trampın adının hallanması ilə izah etmişdi.
Qeyd edək ki, Cefri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar onun Manhettendəki evinə 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qız üçün məşhurların və zənginlərin səfərlər təşkil etdiyinə dair sübutların olduğunu bildiriblər. Epşteynin qonaqları arasında təkcə ABŞ-də deyil, həm də bir çox başqa ölkələrdə çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar, o cümlədən keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları olub. Epşteynin cinayət təqibi 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etdikdən sonra dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top