
Seçkilərin ikinci turunda Polşanın prezidenti seçilən Karol Navroçki dövlət başçısı kimi ayda 29 987 zloti (təxminən 8 000 dollar) alacaq, lakin vergilər ödəndikdən sonra onun əldə qalan aylıq maaşı təxminən 21 000 zloti (təxminən 5700 dollar) olacaq.
Yeniavaz.com xəbər verir ki, b barədə RMF24 radiostansiyası məlumat yayıb.
Eyni zamanda, Navroçkinin sərəncamında Varşavanın mərkəzindəki prezident sarayında mənzil, həmçinin paytaxtın Lazyenki parkında yerləşən Belvedere sarayında iqamətgahı olacaq. Yeni dövlət başçısının sərəncamında biri Baltik dənizi sahilindəki Hel burnunda olmaqla üç bağ evi olacaq.
Ölkənin ali rəhbərlərinin mühafizəsi üzrə xüsusi xidmət (Dövlət Təhlükəsizliyi Xidməti) qarajından Navroçkini maşınlarla təmin edəcək.
Yeni seçilmiş prezidentin həyat yoldaşı, vergi müfəttişi Marta Navrocka işini tərk etmək məcburiyyətində qalacaq, lakin birinci xanımın vəzifələrini yerinə yetirdiyinə görə ona heç bir maaş verilməyəcək. Yeganə imtiyaz pulsuz tibbi sığortadır. Prezident cütlüyünün uşaqları da eyni sığortanı alacaqlar - oğulları Daniel və Antoni, həmçinin qızı Katarjina.
Qeyd edək ki, Navroçkinin andiçmə mərasimi avqustun 6-da baş tutacaq, bundan sonra o, dövlət başçısı vəzifələrinin icrasına başlayacaq.