
İsrail təhlükəsizlik qüvvələri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı iki girovun cəsədini aşkar edərək geri qaytarıb.
Yeniavaz.com İsrail Baş nazirinin ofisinə istinadla xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
“Baş Təhlükəsizlik Xidmətinin və İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyat zamanı HƏMAS-ın əlində olan iki girov Qadi Haqay və Cudi Vaynşteynin cəsədləri İsrailə qaytarılıb”, - Netanyahu bildirib.