
Rusiya “British Council”ın ölkə ərazisində fəaliyyətini “arzuolunmaz” elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokurorluğun bu gün, iyunun 5-də yaydığı bəyanata görə, “maarif və mədəniyyət fəaliyyəti adı altında maskalanan” bu təşkilat “Rusiyanın daxili və xarici siyasətini sistematik şəkildə gözdən salmaq” üçün müxtəlif layihələr həyata keçirir.
Britaniya təşkilatı hələlik Rusiyanın bəyanatlarına münasibət bildirməyib.
Qeyd edək ki, “The British Council” 2018-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin göstərişi ilə Rusiyadakı fəaliyyətini dayandırıb.