“Əl-Hilal” Osimhenə 40 milyon avro təklif edir


“Ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirən “Napoli”nin hücumçusu Viktor Osimhenə iki rəsmi təklif gəlib: adı çəkilən türk nəhəngi və “Əl-Hilal”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında jurnalist Patrik Berqer məlumat verib.
Mənbənin məlumatına görə, “aslanlar” 26 yaşlı forvardın klub rekordu olan 4 illik müqaviləyə görə 15 milyon avro ödəməyə hazırdır. Öz növbəsində Səudiyyə klubu Osimhenə vergilərdən sonra 40 milyon avro maaş təklif edib.
Nigeriyalı forvardın İstanbulda xoşbəxt olduğu vurğulanır.“Qalatasaray” Osimhenin transferi üçün “Napoli”yə 60-65 milyon avro ödəməyə hazırdır, lakin onun satın alma qiyməti 75 milyon avrodur. Yaxın vaxtlarda futbolçunun gələcəyi ilə bağlı qərar verilə bilər. Osimhen türk klubunun heyətində bütün yarışlarda 37 oyun keçirib, 32 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun “Napoli” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

DİGƏR XƏBƏRLƏR

Top