Peşə təhsili müəssisələrinin sayı azalıb, tələbələrin sayı artıb


Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 87 peşə təhsili müəssisəsi fəaliyyət göstərib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, peşə təhsili müəssisələrində tələbələrin sayı 35 min 262 nəfər olub.
Məlumat üçün bildirək ki, son bir ildə peşə təhsili müəssisələrinin sayı 92-dən 87-ə düşüb, tələbələrin sayı isə 29 min 144 nəfərdən 35 min 262-yə yüksəlib.
Onu da bildirək ki, 2 il əvvəl – 2023-cü ilin əvvəlində peşə təhsili müəssisələrinin sayı 99, tələbələrin sayı isə 25 min 926 nəfər olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son 3 ildə peşə təhsili müəssisələrinin sayı azalsa da, tələbələrin sayı artıb. 2023-cü ilin əvvəlində əhalinin 10 000 nəfərinə düşən tələbələrin say 26, 2024-cü ildə 29, 2025-ci ilin əvvəlində isə 34 olub.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top