13 azərbaycanlı Suriyadan ölkəmizə gətirilib – Təfərrüat


3 iyun 2025-ci il tarixində Suriya Ərəb Respublikasına getmiş 13 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.
“İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və təyyarə bileti ilə təmin olunub.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top