
“SpaceX”in 2025-ci ildə gəlirlərinin 15,5 milyard dollar olacağı proqnozlaşdırılır.
Yeniavaz.com “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu barədə şirkətin baş direktoru İlon Mask özünün “X” sosial şəbəkəsində yazıb.
““SpaceX”in kosmosdan əldə etdiyi gəlirlər gələn il NASA-nın bütün büdcəsini keçəcək”, - deyə sahibkar qeyd edib.
Beləliklə, Maskın fikrincə, “SpaceX”in gəliri təxminən 15,5 milyard dollar olacaq, NASA-nın gəliri isə 1,1 milyard dollara çatacaq.
“Bloomberg”in qeyd etdiyi kimi, “SpaceX” “Falcon” raketləri ilə kosmik nəqliyyat, “Starlink” peyk şəbəkəsi vasitəsilə internet xidmətləri təqdim edir.