
Romadan təxminən 80 km şimalda yerləşən İtaliyanın Viterbo şəhərindəki Tuscia Universitetində güclü yanğın baş verib.
Yeniavaz.com yerli KİV-ə istinadla xəbər verir ki, yanğın universitet şəhərciyində kənd təsərrüfatı fakültəsinin yerləşdiyi inzibati binada meydana gəlib.
Sözügedən binanın ikinci mərtəbəsinin dağıldığı bildirilir.
“Bütün tələbələr, professorlar və inzibati heyət vaxtında təxliyə edilib, xəsarət alanlar barədə ilkin məlumat yoxdur”, - KİV yazır.
Qeyd olunub ki, polis ərazini mühasirəyə alıb, səlahiyyətlilər yerli sakinlərə pəncərələri bağlı saxlamağı tövsiyə edib.