Bakıda tikiləcək yeni parkın layihə sənədlərinə 2,4 milyon xərclənəcək


Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən Nəsimi rayonu ərazisində yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması ilə əlaqədar keçirilən tender müsabiqəsinin nəticəsi açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Az.Arxitektura” MMC (VÖEN – 6001265561) olub.
Qeyd edək ki, qalib şirkət 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazini əhatə edəcək yeni istirahət parkının layihə-smeta sənədlərini hazırlayacaq və qarşılığında 2 milyon 387 min 833 manat 84 qəpik alacaq.
Məlumat üçün bildirək ki, “Az.Arxitektura” 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 min 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri Binəqədi rayonu, mikrorayon 7, ev 29 A, 1260-cı keçid,1-ci giriş, 1-ci mərtəbə”də yerləşir. Şirkətin qanuni təmsilçisi Şükürlü Yunis Sahib oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top