
Fransadakı “Tesla” may ayında cəmi 721 avtomobil sata bilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentlik Fransanın “Plateforme Automobile” sənaye assosiasiyasının statistikasına istinad edərək, “Tesla”nın may ayında Fransada cəmi 721 avtomobil sata bildiyini göstərib. Bu, ötən ilin may ayı ilə müqayisədə 67 faiz azdır. Ümumilikdə, şirkətin qeydiyyatı 2022-ci ilin iyul ayından bəri ən aşağı göstəricidir. Öz növbəsində, şirkətin səhmləri adi ticarət başlamazdan əvvəl iyunun 2-də 2,3 faiz ucuzlaşıb. 2025-ci ildə bu qiymətli kağızlar 14 faiz ucuzlaşıb.
Bildirilib ki, şirkət təkcə Fransa bazarında uğursuzluqlar yaşamır. Belə ki, aprel ayında Böyük Britaniya sakinləri 536 “Tesla” avtomobili alıblarsa, bir il əvvəl bu, 1404 olub. İsveçdə yeni avtomobillərin satışı 80,7 faiz, Hollandiyada 73,8 faiz, Portuqaliyada 33 faiz, Danimarkada 67,2 faiz azalıb.
Aprel ayının nəticələrinə görə, Avropa İttifaqında 5475 “Tesla” elektromobili satılıb ki, bu da bir ilin eyni dövrü ilə müqayisədə 52,6 faiz azdır.