
Turinin “Yuventus” klubu baş məşqçi İqor Tudorla bağlı qərar verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzio məlumat yayıb.
Belə ki, klub xeyli güclü namizəd tapmasa, xorvatiyalı mütəxəssisi məşqçilik körpüsündə saxlayacaq.
Qeyd olunur ki, Tudor futbolçular tərəfindən böyük hörmətə malikdir. Buna görə də, klub qarışıq nəticələrə baxmayaraq, xorvatiyalı ilə əməkdaşlığı davam etdirməyi ciddi şəkildə düşünür. Tudor klublararası dünya çempionatında komandaya mütləq rəhbərlik edəcək.
Xatırladaq ki, Tudor 2025-ci ilin mart ayından kluba rəhbərlik edir. Komanda 70 xal toplayaraq İtaliya A Seriyasının turnir cədvəlini dördüncü yerdə başa vurub.
Klublararası dünya çempionatında “Yuventus” BƏƏ-nin “Əl-Ayn”, İngiltərənin “Mançester Siti” və Mərakeşin “Wydad” klubları ilə G qrupunda mübarizə aparacaq.