
Yeni tənzimləməyə əsasən, İçərişəhər ərazisində rahat hərəkətin təmin edilməsi məqsədilə nəqliyyat vasitələrinin eyni anda olma sayı 300 avtomobillə məhdudlaşdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən “Trend”ə bildirilib.
“Ərazidə maşın sayı müəyyənləşdirilmiş limiti keçmədiyi halda qeyri-rezindentlərin girişi aşağı tariflərə uyğun olaraq həyata keçirilir: ilk 15 dəqiqə üçün 3 AZN, bu müddətdən sonra növbəti hər saat üçün 5 AZN. Ödənişlər yalnız nəğdsiz qaydada (azparking, post terminal və s.) mümkündür”, - məlumatda deyilir.
Vurğulanıb ki, bu addımlar İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısındakı statusuna uyğun olaraq tarixi və memarlıq irsini qorumağa, eyni zamanda müasir şəhər idarəçiliyinə uyğun piyada yönümlü məkan yaratmağa xidmət edir:
“Zərurət olmadıqda şəxsi nəqliyyat vasitələri ilə qoruq ərazisinə daxil olunmaması xahiş olunur”.