ABŞ G7-dən əvvəl Rusiyaya yeni sanksiyalar tətbiq etməyi planlaşdırır


ABŞ-də respublikaçı senator Lindsi Qrem və onun Demokratlar Partiyasından olan həmkarı Riçard Blumental G7 sammiti üçün Rusiyanın enerji resurslarını idxal edən ölkələrə qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul etməyi planlaşdırdıqlarını açıqlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Parisdə Fransa rəsmiləri ilə danışıqların yekunlarına dair birgə bəyanatına istinadla məlumat yayıb.
Apreldə təqdim edilən layihə Rusiyadan neft, neft məhsulları, qaz və uran alan ölkələrdən idxala 500% rüsum tətbiq etməyi təklif edir.
“Biz G7 sammitinə qədər Avropa ilə razılaşdırılaraq sanksiyalar tətbiq etməyə ümid edirik”, - deyə təşəbbüsün müəllifləri qeyd edib.
Onlar layihənin Konqresin yuxarı palatasının 82 üzvü tərəfindən dəstəkləndiyini iddia ediblər.
Qeyd edək ki, G7 sammiti iyunun 15-dən 17-dək ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniyanın iştirakı ilə keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top