Bakıdakı bu məhəllənin kişiləri evdə oturur, qadınları dilənir – Video


Bakının Sabunçu rayonunda “Qaraçılar məhəlləsi” kimi tanınan ərazidə yaşayan qadınlar dilənçiliklə məşğul olur, kişilər isə evdə oturub gətiriləcək azuqəni gözləyirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baku TV-nin həmin ərazidən hazırladığı reportajda bildirilir.
“Üç uşağım var. Yoldaşım işə gedib”, - həmin ərazidə yaşayan kişilərdən biri bildirib.
O deyir ki, özünün 21, həyat yoldaşının isə 20 yaşı var və 7 ildir ki ailə həyatı qurublar. Həmin şəxs həyat yoldaşının işini isə belə təsvir edib:
“Bizimkilər dilənçidirlər, dilənirlər”.
Reportajda deyilir ki, həmin sakinlərin əksəriyyətinin şəxsiyyət vəsiqəsi, bank kartı, təhsili və icbari tibbi sığortası yoxdur. Burada formalaşmış adətlər belədir: evlən, uşaq dünyaya gətir, dilən.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top