
Şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanan “Bloomberg Milyarderlər İndeksi”nə əsasən, Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən 22,547 milyard dollar artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Bloomberg Milyarderlər İndeksi”nə əsasən, “Norilsk Nikel” şirkətinin prezidenti Vladimir Potanin ilin əvvəlindən 3,82 milyard dollar qazanıb. Hazırda onun sərvəti 31,7 milyard dollardır.
Rusiyanın ən böyük dəmir filizi istehsalçısı “Metalloinvest”in səhmdarı Əlişir Usmanovun sərvəti isə 3,7 milyard dollar artaraq, 16,9 milyard dollara çatıb.
Ən böyük itkiyə rusiyalı iş adamı və “Monako” futbol klubunun sahibi Dmitri Rıbolovlev məruz qalıb – onun sərvəti 1,77 milyard dollar azalaraq, 9,21 milyard dollar təşkil edib.
Qeyd edək ki, 2012-ci ilin martından agentlik planetin ən varlı 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı “Bloomberg Milyarderlər İndeksi”ni dərc edir.