Dünya çempionu ünvanını qazandığımız oyunun icmalı – Video


Xəbər verdiyimiz kimi, Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qalibi Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub edən Azərbaycan millisi olub.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyası final görüşünün icmalının görüntülərini yayıb.
Oyunun icmalını təqdim edirik:

Qeyd edək ki, Milli Gimnastika Arenasında baş tutan finalda Elşad Quliyevin rəhbərlik etdiyi millimizin qollarını Təmkin Xəlilzadə (2-ci dəqiqə), Məhəmməd Xəlilov (8-ci dəqiqə) və Rəvan Kərimov (10 və 29-cu dəqiqələr) vurub.

DİGƏR XƏBƏRLƏR

Top