Şəkərli içkilər içənlərin nəzərinə! – Diabet riskini kəskin artırır


Qazlı içkilər, enerji içkiləri və meyvə şirələrindən alınan şəkər 2-ci tip diabetin inkişaf riskini qida şəkərindən daha çox artırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Advances in Nutrition” tibbi jurnalında dərc olunan Briqem Yanq Universitetinin (BYU) alimlərinin araşdırmasında qeyd olunub.
Alimlər dünya üzrə yarım milyondan çox insanın pəhriz məlumatlarını təhlil edərək şəkərin növü və mənbəyinin əvvəllər düşünüldüyündən çox daha mühüm rol oynadığını aşkar ediblər.
Tədqiqat müəllifləri belə nəticəyə gəliblər ki, gündə bir ədəd 350 ml şirinləşdirilmiş içki belə istehlak etmək diabetin inkişaf riskini 25% artırır. Qeyd olunur ki, hətta təbii meyvə şirələri, o cümlədən 100% şirə, nektar və şirəli içkilər belə o qədər də zərərsiz deyil. Gündə belə içkilərdən bir ədəd 240 ml-lik porsiya istehlak etmək xəstəliyin inkişaf riskini 5% artırır.
Tədqiqatçılar vurğulayırlar ki, söhbət mütləq rəqəmlərdən deyil, nisbi riskdən gedir. Belə ki, bir insanın ilkin şəkər xəstəliyinə tutulma riski 10% olarsa, gündə dörd stəkan soda içmək onu təxminən 20%-ə qədər artıra bilər.
Alimlər hesab edirlər ki, səbəb içkilərdən ayrılan şəkərin qaraciyərdə yaranan metabolik yükdür. Onlar sürətlə əmilir, qlükozada kəskin sıçrayışa, qaraciyərdə yağ yığılmasına və insulin müqavimətinin inkişafına səbəb olur.
Eyni zamanda, qida dəyəri yüksək olan qidaların - meyvələrin, tam süd məhsulları, dənli bitkilərin tərkibində olan şəkər belə təsir yaratmır. Bu “daxili” şəkərlər orqanizmə lif, zülal, yağ və digər qida maddələri ilə birlikdə daxil olur, onların sorulmasını ləngidir və glisemik yükü azaldır.

DİGƏR XƏBƏRLƏR

Top