
2015-ci il “Hyundai Genesis Coupe” idman avtomobilləri arasında ən etibarlı idman avtomobili olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “JD Power” və “RepairPal”ın məlumatlarından istifadə edərək, “HotCars” portalı məlumat yayıb.
“JD Power” mütəxəssisləri onun etibarlılığını 100 mümkün baldan 90 balla qiymətləndiriblər.
Etibarlılıq reytinqi 100 baldan 86 bal olan 2016-cı il “Dodge Challenger” idman avtomobili ikinci yeri tutub. İlk üçlüyü isə 2019-cu il “Mazda MX-5 Miata” idman avtomobili tamamlayıb. Avtomobil 100 baldan 86 balla etibarlılıq reytinqi qazanıb.
İlk onluqda sonrakı yerləri isə 2019-cu il “Ford Mustang”, 2013-cu il “Infiniti G37 Coupe”, 2010-cu il “Chevrolet Camaro”, 2025-ci il “Lexus LC 500”, 2021-ci il “Porsche 718 Boxster”, 2022-ci il “Chevrolet Corvette Stingray” və 2015-ci il “Porsche 911” tutub.