
“NATO yeni Şərqi Avropa ölkələrini öz sıralarına qəbul etməyi dayandıra bilər, çünki ABŞ Rusiya üçün bunun öz təhlükəsizliyi məsələsi olduğunu başa düşür”.
Yeniavaz.com xəbər verir ki, bu fikri “ABC News”a müsahibəsində ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
“Bu, Rusiyanın toxunacağı məsələlərdən biridir və ruslar təkcə Ukraynadan danışmır, onlar Gürcüstandan, Moldovadan danışırlar. Biz isə deyirik ki, yaxşı, hərtərəfli, NATO-nun sizin sərhədlərinizə doğru genişlənməsini dayandırmağa hazırıq. Bu, onların təhlükəsizlik məsələsidir. Amma qərar ABŞ Prezidenti Donald Trampdan asılıdır, bu, mənim qərarım deyil”, - Kelloq deyib.
Xüsusi nümayəndə ABŞ və Rusiya arasında danışıqlar prosesi zamanı digər ölkələrin mövqeləri nəzərə alınmaqla belə bir razılaşmanın əldə oluna biləcəyini istisna etməyib. Belə olan halda diplomatlar tərəfindən ətraflı şəkildə işlənmiş təkliflər baxılmaq üçün Amerika prezidentinə göndərilməli və NATO-nun digər üzvləri arasında müzakirə obyektinə çevrilməlidir.