
İtaliyanın ”Milan” klubunun rəhbərliyi Massimiliano Alleqrini komandaya baş məşqçi təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Alleqri mayın 29-da postunu tərk edən portuqaliyalı Serxio Konseysaonu əvəz edib.
İtaliyalı mütəxəssislə müqavilənin müddəti açıqlanmasa da, bəzi mənbələr görə ona 2 illik müqavilə təklif edilib.
Mütəxəssisin maaşına gəlincə bu məbləğ bir mövsümdə 5 milyon avro təşkil edə bilər. Digər tərəfdən, təcrübəli mütəxəssis üçün bonus ödənişləri də nəzərdə tutulub.
Qeyd edək ki, Alleqri 2010-2014-cü illərdə “Milan”nın baş məşqçisi olub.
Onun rəhbərliyi altında “Milan” 2010/2011 mövsümündə İtaliya çempionu olub, həmçinin İtaliya Superkubokunu qazanıb.
57 yaşlı mütəxəssisin son iş yeri “Yuventus” olub (2021-2024).
Alleqrinin rəhbərliyi altında “Yuventus” 5 dəfə İtaliya çempionu olub (2015-2019), İtaliya kubokunu 5 dəfə qazanıb (2018-2019), iki dəfə Çempionlar Liqasının finalına çıxıb (2015, 2017).
Alleqri həmçinin İtaliyanın SPAL, “Sassuolo” və “Kalyari” klublarına rəhbərlik edib.
Xatırladaq ki, mövsümün sonunda “Milan” İtaliya çempionatında səkkizinci yeri tutub.