
ABŞ Prezidenti Donald Trampın başladığı “ticarət müharibəsi” dünyanın ən böyük şirkətlərinə baha başa gəlib.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, tariflər ucbatından 34 milyard dollardan çox itki qeydə alınıb.
Şirkətlərin mənfəəti azalıb, xərcləri isə artıb. Analitiklər xəbərdarlıq edirlər ki, bu itkilər hələ son deyil. Tariflərlə bağlı qeyri-müəyyənlik qərarvermə proseslərini çətinləşdirir. Bu da biznes və istehlakçı xərclərinin azalmasına, inflyasiya gözləntilərinin isə artmasına səbəb olur.
Ən çox ziyan çəkən sahələr avtomobil istehsalı, aviaşirkətlər və istehlak malları olub. Məsələn, “Volvo” və “Kimberly Clark” mənfəət proqnozlarını geri götürüb. “Walmart” qiymətləri qaldırmaq məcburiyyətində qalıb. “United Airlines” isə iki fərqli iqtisadi ssenari hazırlayıb.
Bəzi şirkətlər tariflərdən yayınmaq üçün ABŞ-də istehsal gücünü artırmağa qərar verib. “Apple” və “Eli Lilly” ölkədə yeni investisiyalar elan edib.
Elnur Əli