
Hal-hazırda keçmiş “Sovetski” kimi tanınan ərazidə söküntü işləri aparılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Trend” məlumat yayıb.
“Köçürülən sakinlərlə razılıq əldə edilib və onlara qanunamüvafiq kompensasiyalar ödənilib.
Hazırda söküntü işləri Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzə Ağalıyev küçələrini əhatə edir.
Bu proses Yasamal rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti altında aparılır.
Sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb yerində isə park salınması gözlənilir”, - agentliyin yaydığı məlumatda deyilir.