
“Çelsi” 42 qol vuraraq Konfrans Liqanın rekordunu yeniləyib.
Yeniavaz.com UEFA-ya istinadən xəbər verir ki, bundan əvvəl turnirin ən məhsuldar klubu 2022/2023-cü il mövsümündə 37 qol vuran “Fiorentina” olub.
Qeyd edək ki, 2024/2025 Konfrans Liqası turnirinin final matçında “Çelsi” “Betis”i 4:1 hesabı ilə məğlub edib.
“Çelsi” həmçinin UEFA-nın bütün beş əsas klub yarışını (iki dəfə - Çempionlar Liqası, iki dəfə - Avropa Liqası, iki dəfə - Kuboklar Kuboku, iki dəfə - UEFA Super Kuboku və indi Konfrans Liqası) qazanan ilk klub olub.