Dünyada ən çox satılan telefonlar açıqlandı


“Apple”ın təqdim etdiyi cihaz 2022-ci ildən bəri ilk dəfə olaraq birinci rübdə qlobal smartfon satışlarını üstələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Counterpoint Research” (CR) şirkətinin hesabatında öz əksini tapıb.
Şirkətin məlumatına görə, “iPhone 16” ilin ilk üç ayında bazarda ən çox satılan smartfon olub.
“iPhone 16”dan əlavə, ən populyar beşliyə daha üç “Apple” qadceti daxil olub: “iPhone 16 Pro Max”, “iPhone 16 Pro” və “iPhone 15”. Beşinci yerdə “Samsung Galaxy A16 5G” qərarlaşıb.
Sonrakı yerləri uyğun olaraq “Galaxy A06”, “Galaxy S25 Ultra”, “Redmi 14C”, “Galaxy A55 5G” və “iPhone 16 Plus” tutub.
Ümumilikdə, ən çox satılan 10 smartfon siyahısına 5 “iPhone”, 4 “Samsung” və 1 “Xiaomi” cihazı daxil olub.
“Apple mart ayında ardıcıl beşinci rüb üçün beş yeri təmin edərək, ilk 10-luqdakı güclü mövcudluğunu qoruyub”, - CR qeyd edib.
“iPhone 16” smartfonu xüsusilə Yaxın Şərqdə, Afrikada və Yaponiyada məşhur olub.
Yüksək satışlar iqtisadi şəraitin yaxşılaşması və mobil operatorların marketinq kampaniyaları ilə əlaqələndirilib.

DİGƏR XƏBƏRLƏR

Top