
”Biz artıq Cənubi Qafqazda münaqişə deyil, sülh və əmin-amanlıq görmək istəyirik”.
Yeniavaz.com xəbər verir ki, “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, regionda əldə olunacaq daimi sülh hamının xeyrinə olacaq:
“Azərbaycanla Ermənistan arasında sülhün yaxın olmasından məmnunuq. Biz bu prosesi yaxından izləyirik. Biz də lazımi töhfəmizi veririk. Əldə olunacaq sülh Azərbaycan, Ermənistan və ölkəmiz üçün dəyərli olacaq. Biz də Ermənistanla normallaşma prosesindən keçirik. Həm sülh, həm də normallaşma əldə olunanda ölkələrimizin bundan qazanclı çıxacağını da görəcəyik”.
Ərdaoğan həmçinin Zəngəzur dəhlizi ilə bağlı da danışıb:
“Zəngəzur dəhlizi Azərbaycan üçün təkcə Naxçıvanla quru əlaqəsi deyil, həm də Türkiyədən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir. Bu dəhlizin qısa müddətdə açılması Qafqazın nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcək. Biz qonşumuz İrandan da bölgəmizdə sülhə, əmin-amanlığa və inkişafa xidmət edəcək bu addımları dəstəkləməsini gözləyirik. Atılan hər addım, açılan hər qapı və dəhliz iqtisadi qazanc verəcək və zaman keçdikcə ölkələri bir-birinə daha da yaxınlaşdıracaq”.