
Amerikalı sahibkar İlon Maskın “Tesla” şirkəti bir neçə gündür ki, sürücüsüz “Model Y” avtomobillərini Ostində (Texas ştatı) sınaqdan keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mask “X”də yazıb.
Onun sözlərinə görə, zavoddan müştəriyə ilk öz-özünə çatdırılma iyun ayında baş tutacaq.
“Hər şey qaydasında gedir. Hətta plandan bir ay əvvəl. Zavoddan birbaşa müştəriyə ilk öz-özünə çatdırılma gələn ay baş tutacaq”, - deyə Mask qeyd edib.