
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu komandanın təcrübəli hücumçusu Kriştianau Ronaldo ilə yollarını ayırdığını elan etmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İspaniyanın məşhur “Marca” internet nəşri məlumat yayıb.
Məlumata görə, mayın 29-da klubda mətbuat konfransı keçiriləcək və bu konfransda komandadakı dəyişikliklərin təfərrüatları açıqlanacaq.
Mətbuat konfransında hımçinin “Əl-Nəsr”in Ronaldonun gedişini açıqlaması gözlənilir.
Futbolçunun özü isə Səudiyyə Ərəbistanı çempionatının final oyunundan sonra gedişinə işarə vurub.
“Bu fəsil bitdi. Tarix? Hələ yazılır. Hər kəsə təşəkkür edirəm”, - deyə Ronaldo yazıb.
Qeyd edək ki, Ronaldonun komanda ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna qədərdir.
40 yaşlı hücumçu 2023-cü ildən “Əl-Nasr”də çıxış etmıtı başlayıb və ötən mövsüm 25 qol vuraraq turnirin bombardiri olub.
Xatırladaq ki, “Əl-Nəsr” 70 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində mövsümü 3-cü yerdə başa vurub. Onu qalib “Əl-İttihad”la xal fərqi 13 xal olub. Kriştianu Ronaldo 25 qol vuraraq, bu mövsümdə də turnirin bombardiri olub.