“Çelsi” bütün Avrokubokları qazanan ilk klub oldu


İngiltərənin “Çelsi” klubu Konfransı Liqasının finalında İspaniyanın “Betis” klubuna 4:1 hesabı ilə qalib gələrək, kuboku qazanıb.
Yeniavaz.com
xəbər verir ki, görüş Polşanın Vroslav şəhərində “Tarçinski Arena” stadionunda baş tutub.
Qaliblərin qollarını Enzo Fernandes (65), Nikolas Cekson (70), Ceydon Sanço (83) və Moises Kaysedo (90+1), məğlubların qolunu isə Abde Ezzalzuli (9) vurub.
Bununla da “Çelsi” bütün Avropa kuboklarını qazanan ilk klub olub. Belə ki, “Çelsi” bundan əvvəl iki dəfə Çempionlar Liqasının (2012, 2021), Avropa Liqasının (2013, 2019), Kuboklar Kubokunun (1971, 1998) və UEFA Super Kubokunun (1998, 2021) qalibi olub.
 “Betis” Konfrans Liqasının finalına yüksələn ilk İspaniya komandası olub.
Konfrans Liqasının ilk turniri 2021/22 mövsümündə baş tutub. Qaliblər İtaliyanın “Roma” (2021/22), İngiltərənin “Vest Hem” (2022/23) və Yunanıstanın “Olimpiakos” (2023/24) klubları olub.
Qeyd edək ki, Konfrans Liqası Avropada üçüncü ən mühüm beynəlxalq klub turniridir.

DİGƏR XƏBƏRLƏR

Top