Sənayedə fəallıq və inam azalıb – Rəsmi


Bu ilin aprel ayında Azərbaycanın sənaye sektorunda işgüzarlıq və inam səviyyəsi ötən illə müqayisədə zəifləyib.
Yeniavaz.com
Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, real sektorda İşgüzar Fəallıq İndeksləri (İFİ) məhsul istehsalında mənfi 5,6, icraya qəbul edilən sifarişlərdə mənfi 24,3, hazır məhsul ehtiyatında isə 6,3 olub.
Qeyd edək ki, ötən ilin eyni dövründə - 2024-cü ilin aprelində bu göstəricilər məhsul istehsalında  17,7, icraya qəbul edilən sifarişlərdə mənfi 19,5, hazır məhsul ehtiyatında isə 17,5 olub.
Bu göstəricilər o deməkdir ki, müəssisələr daha az sifariş alır, daha az məhsul istehsal edir və artıq istehsal etdikləri mallar anbarlarda qalır – yəni satış çətindir.
Bundan başqa, Sənaye İnam İndeksi (Sİİ) də xeyli azalıb – 2024-cü ilin aprelində 11,9 olan bu göstərici, 2025-ci ilin aprelində cəmi 3,8 olub. Bu da sənayedə çalışanların gələcəyə olan ümidlərinin və etibarlarının azaldığını göstərir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top