Qərbi Zəngəzurun Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi böyük ədalətsizlik idi – İlham Əliyev


107 il bundan əvvəl Azərbaycanda müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu, böyük tarixi hadisə idi.
Yeniavaz.com
 xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.
“Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün uzun olmadığını, 1920-ci ilin aprelində müstəqilliyimizin əlimizdən alındığını vurğulayan dövlətimizin başçısı bildirib ki, ondan bir neçə ay sonra Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilib. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalıb”, - deyə Prezident vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top