
İranın Gilan vilayətinin Fumen şəhərində maraqlı və müzakirələrə səbəb olan bir layihə həyata keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, “Cənnət saatı” adlanan bu təşəbbüs çərçivəsində İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) real od və səhnə effektlərindən istifadə etməklə cəhənnəmi xatırladan bir məkan yaradıb.
Layihə barədə məlumatı SEPAH-ın yerli komandiri Möhsün Cəfəri verib. Onun sözlərinə görə, məqsəd insanlara “günahın aqibətini” fiziki şəkildə hiss etdirməkdir.
Lakin bu təşəbbüs sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan tənqidlərdə qeyd olunur ki, ölkədə milyonlarla insan işsizlik, yoxsulluq və hüquq pozuntuları səbəbindən gündəlik “cəhənnəm” şəraitində yaşayırsa, əlavə bir “cəhənnəm” yaratmağın məqsədi nədir?