
"Qarabağ" futbol klubu əvəzedici komandanın baş məşqçisi Cavad Mirzəbəyli ilə əməkdaşlığı başa çatdırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Mirzəbəyli ilə olan müqavilənin müddəti başa çatıb və yeni razılaşma imzalanmayıb.
Xatırladaq ki, Cavad Mirzəbəylinin rəhbərlik etdiyi komanda cari mövsümünü 58 xalla 4-cü pillədə başa vurub.
