
“Show TV”nin məşhur serialı “Bahar”ın baş rollarından birini canlandıran aktyorun heyətdən ayrılacağı iddia edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Birsen Altuntaş məlumat yayıb.
Altuntaşın məlumatına görə, ilk sezondan bəri Timur obrazını canlandıran Mehmet Yılmaz Ak serialdan ayrılmaq üçün prodüser şirkəti ilə razılaşıb.
Qeyd edək ki, bu axşam yayınlanacaq sezon finalı seriyasında Akın canlandırdığı Timurun mindiyi Nyu York təyyarəsi qəzaya uğrayacaq. Baş rolun təyyarə qəzasında sağ qalıb-qalmaması hələ məlum deyil.
Həmçinin bildirilib ki, yeni mövsümdə serialın ssenari komandası da dəyişəcək.