“Xəstəlik və ölüm hər bir insanın yoludur” – Kadırov


Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov özünün “Telegram” kanalında yerləşdirdiyi qısa video və mətnlə xəstə olması ilə bağlı iddialara münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, Kadırov şayiələr barədə danışsa da, konkret olaraq xəstə olmadığını bəyan etməyib.
Mayın 26-na keçən gecə yayımlanan videoda tək kadr var – Kadırov köhnə qüllənin fonunda gəzir. Video başqasının səsi ilə oxunan mətnlə müşayiət olunur.
“Xəstəlik və ölüm hər bir insanın yoludur. Ömrün uzunluğunu ancaq sənə nəfəs verən müəyyən edir, 50, 60, 70 il yaşayacağınız yazılıbsa, bir gün də artıq və ya əskik ola bilməz”, - mətndə deyilir.
Qeyd edək ki, Kadırov 2007-ci ilin aprelindən Çeçenistanın rəhbəridir. 48 yaşlı Kadırov Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri hesab olunur. Onun səhhətinin pisləşməsi ilə bağlı xəbərlər son iki ildə yayılıb.
2025-ci ilin may ayının əvvəlində Ramzan Kadırov vəzifəsindən uzaqlaşdırılmasını tələb etdiyini, lakin qərarı prezident Putinin verəcəyini açıqlayıb.
May ayında “Novaya qazeta Europa” nəşri Kadırovun səhhətinin kəskin şəkildə pisləşdiyini yazıb.

DİGƏR XƏBƏRLƏR

Top