Həmin qəzada ölən şəxsin kimliyi bəlli oldu – Foto + Yenilənib


Türkiyənin İğdır vilayətində baş verən avtoqəza nəticəsində ölən şəxsin kimliyi məlum olub.
Yeniavaz.com
-un əldə etdiyi məlumata görə, sözügedən şəxs Şərur rayonu Mahmudkənd sakini, 1977-ci il təvəllüdlü Nəsirov Ramil Məhəmməd oğludur.
Həmin şəxsin fotosunu təqdim edirik:

Əldə etdiyimiz digər məlumata görə isə, qəza zamanı avtomobildə 5 nəfər olub. Onlardan müxtəlif dərəcəli bədən xəsarətləri alan 4-ü yaxınlıqdakı səhiyyə müəssisələrinə çatıdırılıblar.



***11:47
Naxçıvan sakinləri Türkiyədə qəzaya düşüb.
Yeniavaz.com
NUHÇIXAN-a istinadla xəbər verir ki, hadisə İğdır-Aralıq magistralının Daşburun kəndi yaxınlığında səhər saatlarında qeydə alınıb.
Belə ki, 68-CA-524 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

 

DİGƏR XƏBƏRLƏR

Top