Tramp sülh səylərindən yorulub, Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq – WSJ


ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı amansız hücumları və sülh danışıqlarının ləng tempindən getdikcə daha çox məyus olduğu üçün bu həftə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadən “Wall Street Journal” (WSJ) məlumat yayıb.
Mənbələrdən birinin sözlərinə görə, yeni məhdudiyyətlər çətin ki, bank sanksiyalarını da əhatə etsin, lakin Rusiya liderinin güzəştə getməsinə təzyiq etmək, o cümlədən Ukraynanın dəstəklədiyi 30 günlük atəşkəsi təmin etmək üçün başqa variantlar nəzərdən keçirilir.
WSJ mənbələrinə görə, Tramp sülh səylərindən yorulub və onlara son qoymağı düşünür.
Bununla belə, ABŞ-nin danışıqlar prosesindən çıxacağı təqdirdə prezident Trampın Ukraynaya hərbi yardımı davam etdirib-etdirməyəcəyi hələ də bəlli deyil.
Qeyd edək ki, Donald Tramp ABŞ prezidenti olaraq ikinci müddətə seçilməzdən əvvəl Ukraynadakı müharibəni tez bir zamanda bitirəcəyini iddia etmişdi. Hazırda Tramp administrasiyası Rusiyanı atəşkəsə razı salmağa çalışır.

DİGƏR XƏBƏRLƏR

Top