Xaricdən gətirilən smartfonların dəyəri 13% artıb


Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xarici ölkələrdən 82 milyon 838 min dollar dəyərində 261 min 576 ədəd smartfon gətirilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 3 ayında idxal etdiyimiz smartfonun miqdarı 22% və ya 73 min 266 ədəd artıb.
Məlumat üçün bildirək ki, bu ilin yanvar-mart aylarında idxal olunan smartfonların gömrük dəyəri ötən ilin eyni dövründə idxal olunanlarla müqayisdədə 13% artıb. Smartfonların 1 ədədinin orta gömrük dəyəri ötən ilin yanvar-mart aylarında 280 dollar (476 manat) olduğu halda, bu ilin ilk 3 ayında 317 dollara (538 manat) yüksəlib.
Qeyd edək ki, Azərbaycana smartfonlar ən çox Çindən gətirilib. Bu ölkədən Azərbaycana 3 ay ərzində 213 min 304 ədəd smartfon idxal olunub. Ən az smartfon isə ABŞ-dən gətirilib. Yanvar-mart ayları ərzində ABŞ-dən cəmi 1 smartfon idxal edilib.
Bu ilin yanvar-mart aylarında idxal edilən smartfonların ölkələr üzrə miqdarı və 1 ədədinin orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) belə olub:
Çin – 213 304 ədəd (294 dollar);
Vyetnam – 43 550 ədəd (414 dollar);
Hindistan – 4 488 ədəd (465 dollar);
Koreya – 230 ədəd (120 dollar);
Meksika – 3 ədəd (103 dollar).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top