“Məqsəd abituriyentləri 2-ci şans imtahanında iştiraka məcbur etməkdir”


“Sualları bu qədər çətin etməkdə məqsəd abituriyentləri 2-ci şans imtahanında iştiraka məcbur etməkdir”.
Yeniavaz.com
xəbər verir ki, bunu pedaqoq, müəllim Ceyhun Əhədov öz sosial şəbəkə hesabında ötən gün – mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı barədə yazıb.
“Yaxşı biznesdi, hər adama 70 manat. İndi necə edək? DİM və MİQ qruplarını qarışdırıb dərs keçək?”, - C. Əhədov bildirib.
Xatırladaq ki, ötən gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top