Zəlzələ bölgəsində 250 mininci evi Ərdoğan İlham Əliyevlə birgə təqdim edəcək


Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum zəlzələ bölgəsində tikilən evlərin təqdimatı ilə bağlı açıqlama verib.
Yeniavaz.com
“TRT Haber”ə istinadən xəbər verir ki, nazir, gələn ay - iyun ayında 250 mininci evin açarının Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə vətəndaşlara təhvil veriləcəyini bildirib. 
Nazir qeyd edib ki, 2025-ci ilin sonuna qədər ümumilikdə 453 min vətəndaşa ev və iş yeri təqdim etməyi planlaşdırırlar: “Gələn ay 250 mininci evin açarlarını təntənəli şəkildə təhvil verəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top