Rusiyanın 20 bankı SWIFT-dən çıxarıla bilər


Avropa İttifaqı (Aİ) anti-Rusiya sanksiyalarının yeni paketi çərçivəsində 20-dən çox bankın SWIFT ödəniş sistemindən çıxarılması variantını nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, Brüssel həm də Rusiya neftinin qiymətinin yuxarı həddinin aşağı salınması və “Şimal axını” layihəsinə qarşı məhdudiyyətlərin tətbiq edilməsi imkanlarını nəzərdən keçirir.
“Bloomberg” mənbələri bildiriblər ki, Aİ Moskvanın gəlirlərini və hərbi sənaye kompleksini gücləndirmək üçün lazım olan texnologiyaya çıxışını məhdudlaşdırmaq məqsədilə 20-dən çox banka əlavə əməliyyat qadağaları və təxminən 2,5 milyard avro dəyərində yeni ticarət məhdudiyyətləri tətbiq edə bilər.
Agentliyin həmsöhbətləri aydınlaşdırıblar ki, hazırda Avropa Komissiyası (AK) bu məsələ ilə bağlı Aİ-yə üzv ölkələrin rəhbərliyi ilə məsləhətləşmələr aparır.
Yeni anti-Rusiya sanksiyalarının tətbiqi vaxtı ilə bağlı hələ qərar qəbul edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top