“Bayer”in yeni baş məşqçisi Erik ten Haq ola bilər


Almaniyanın “Bayer Leverkuzen” klubu niderlandlı mütəxəssis Erik ten Haqla danışıqlarda mühüm irəliləyiş əldə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabritsio Romano sosial şəbəkə hesablarında yazıb.
Təcrübəli mütəxəssis rəhbərliklə şəxsi danışıqlardan sonra kluba başçılıq etməyə razılıq verib.
Qeyd edək ki, mayın 9-da “Bayer”in hazırkı baş məşqçisi Xabi Alonso cari mövsümün sonunda Leverkuzen klubunu tərk edəcəyini açıqlayıb. Digər tərəfdən, mətbuatda ispan mütəxəssisin “Real Madrid”ə rəhbərlik edəcəyi ilə bağlı xəbərlər yayılıb.
Xatırladaq ki, Leverkuzen klubunun variantlarından biri də hazırda “Komo” klubuna başçılıq edən ispan mütəxəssis Sesk Fabreqasdır.

DİGƏR XƏBƏRLƏR

Top