AZAL təyyarəsi ilə bağlı araşdırma hansı mərhələdədir? – Qazaxıstan açıqladı


Azərbaycan Hava Yollarına (AZAL)  məxsus təyyarənin qəzası ilə bağlı araşdırma tədqiqat mərhələsindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.
Onun sözlərinə görə, istənilən araşdırma bir neçə mərhələyə bölünür.
“Birincisi, materialların toplanmasıdır ki, bu tamamlandı. İndi ikinci mərhələdə toplanmış materialların tədqiqatı aparılır. Hazırda biz tədqiqat mərhələsindəyik”, - Karabayev qeyd edib.
O, tədqiqat çərçivəsində yerli və xarici mütəxəssislərin ICAO ilə birlikdə Bakıda, Qroznıda, həmçinin Rostov-na-Donda olduqlarını bildirib.
Nazir həmçini bildirib ki, tədqiqat üçün materiallar Qazaxıstandadır.
Qeyd edək ki, AZAL-ın Bakıdan Qroznıya uçan “Embraer 190” sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Onlardan 38-i ölüb, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

DİGƏR XƏBƏRLƏR

Top