
İspaniyanın “Real Madrid” klubu baş məşqçisi Karlo Ançelottinin klubdan ayrıldığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər italiyalı mütəxəssisin hazırkı müqaviləsinə xitam vermək barədə razılığa gəliblər.
“Real Madrid”in yaxın vaxtlarda Xabi Alonso ilə müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Ançelotti 2021-ci ildən komandaya rəhbərlik edib. O, “Real Madrid”lə üç Çempionlar Liqası, üç Klublararası Dünya Kuboku, üç Avropa Super Kuboku, iki İspaniya Superkuboku, iki İspaniya Super Kubokunun qalibi olmaqla, klubun ən mükafatlı məşqçisi olub. O, “Real Madrid”in sükanı arxasında olduğu 6 il ərzində ümumilikdə 15 titul qazanıb.