
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində 100-dən çox fələstinli ölüb, 250-yə yaxın fələstinli isə yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində dağıntılar altından çıxarılan 107 ölü və 247 yaralı, o cümlədən əvvəllər həlak olmuş 3 nəfərin qalıqları sektorun xəstəxanalarına çatdırılıb.
Bundan əlavə, nazirliyin məlumatına görə, 2023-cü ilin oktyabrında şiddətlənən münaqişədən sonra Qəzzada ölənlərin sayı 53 762, yaralananların sayı 122 197 nəfərə çatıb.
2025-ci il martın 18-dən bu yana 3613 fələstinli ölüb, 10156 fələstinli isə yaralanıb.