
“Rusiya “1000-ə 1000” düsturuna uyğun olaraq hərbi əsirlərin dəyişdirilməsi üçün siyahıları Ukraynaya təhvil verib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
“Mübadilələrə hazırlıq üçün görüş keçirdim. 1000 insanımızın rus əsirliyindən azad edilməsinə dair razılaşma Türkiyədəki görüşün demək olar ki, yeganə real nəticəsi idi. Biz bu nəticənin əldə olunması üçün çalışırıq”, - Zelenskinin paylaşımında deyilir.
Daha sonra bu məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.
“Doğrudan da biz öz siyahımızı verdik. Kiyevdən hələ siyahı almamışıq. Gözləyirik”, - o, mayın 22-də günortadan sonra keçirdiyi brifinqdə deyib.
Bundan sonra Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahının rəis müavini Andrey Yusov “RBC-Ukrayna”ya bildirib ki, Kiyev öz siyahısını hazırlayıb və Rusiya tərəfinə artıq verib.
Xatırladaq ki, mayın 16-da İstanbulda keçirilən danışıqlarda Moskva və Kiyev arasında “1000-ə 1000” düsturuna əsasən əsirlərin mübadiləsinə dair razılaşma əldə olunub.