
İspaniyanın “Barselona” futbol klubu komandanın baş məşqçisi, alman Hans Diter Fliklə müqaviləni uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yeni müqavilə 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, 60 yaşlı Flik 2024-cü ilin mayında “Barselona”nın başına keçib. Almaniyalının rəhbərliyi altında ilk mövsümdə komanda Superkubok, Kubok və İspaniya çempionatının qalibi olub. “Barselona” cari mövsümdə əsas rəqibi “Real Madrid”lə dörd dəfə qarşılaşıb və bu dörd qarşılaşmada dörd qələbə qazanıb (superkubok finalı oyunu (5:2), kubok finalı oyunu (3:2) finalı, iki ölkə çempionatı oyunu (4:0, 4:3)).
Çempionlar Liqasında İtaliya “İnter”inə ümumi hesabda (3:3, 3:4) məğlub olan komanda yarımfinala yüksəlib.
Bundan əlavə, Flik iki dəfə Almaniya çempionluğunu qazandığı “Bavariya”da çalışıb, həmçinin bir dəfə Almaniya Kubokunu və Super Kubokunu, Çempionlar Liqasını və UEFA Super Kubokunu qazanıb. 2019/20 mövsümündə mütəxəssis trebl adlanan qalibiyyəti - ölkə çempionatı və kubokunu, eləcə də Çempionlar Liqasını qazanmağı bacarıb. O, həmçinin “Bammental” və “Hoffenhaym”a da rəhbərlik edib.