Bitkoin 110 min dolları keçdi


Bitkoinin qiyməti 110 min dolları keçərək, bütün dövrlərin ən yüksək həddinə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Binance” platforması məlumat yayıb.
Bakı vaxtı ilə saat 03:27-yə olan məlumata görə, kriptovalyutanın qiyməti 3,65% artaraq, 110 min dolar həddini keçib.
Bakı vaxtı ilə saat 03:40-da bitkoinin artımı yavaşlayaraq, 109,6 min dollar (+2,59%) səviyyəsində olub.
Qeyd edək ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyni adlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən əldə edilə bilər. Bunun üçün yeni sistem blokları yaratmaq lazımdır.
Konsepsiya 2008-ci ilin noyabrında Satoşi Nakamoto təxəllüslü müəllif (ehtimal ki, müəlliflər qrupu) tərəfindən yaradılıb. Bitkoinin populyarlığı son illərdə zirvəyə çatıb. Bitkoin tədarükü təbii olaraq məhduddur, əksər bitkoinlər artıq əldə edilib.

DİGƏR XƏBƏRLƏR

Top