Həddindən artıq yumurta istehlakının təhlükələri nədir?


Kardioloq Xose Abelyan insanları həddindən artıq miqdarda yumurta yeməməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “El Español” ilə söhbətində danışıb.
Abelyan qeyd edib ki, bir tərəfdən yumurta faydalıdır, çünki onların tərkibində çoxlu miqdarda protein və müxtəlif mikroelementlər var. Lakin digər tərəfdən bu məhsul qanda xolesterinin səviyyəsini artırır.
Həkim xəbərdarlıq edib ki, xolesterin bir çox xəstəliklərin, o cümlədən infarktın inkişaf riskini artırır:
“Lakin digər ürək-damar riskləri də nəzərə alınmalıdır, məsələn, həddindən artıq işlənmiş qidaların istehlakı, oturaq həyat tərzi və həddindən artıq stress. Əgər bunlar varsa, pəhrizdə yumurta mütləq məhdudlaşdırılmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top