
İsrailin Qəzza zolağına son 24 saatda endirdiyi zərbələr nəticəsində 82 fələstinli ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha 262 nəfər yaralanıb.
Qəzza Səhiyyə Nazirliyinin statistik məlumatına görə, Fələstin-İsrail qarşıdurmasının 2023-cü ilin oktyabrında kəskinləşməsindən bu yana ölənlərin sayı 53 655, yaralananların sayı 121 950 nəfərə çatıb.